Şimali Koreya lideri Kim Çen In Koreya Xalq Ordusunun Qərb əməliyyat qrupu ilə birlikdə istifadəyə veriləcək taktiki raket sistemi ilə tanış olub.
Xezerxeber.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.
Məlumatda silahların növü ilə bağlı təfərrüatlar verilmir, lakin ilin birinci yarısında istehsal olunan raket buraxılış qurğularının atəş zərbəsi endirmək kimi vacib vəzifəni yerinə yetirmək üçün cavabdeh olan bölmələrlə birlikdə istifadəyə veriləcəyi qeyd olunur.
Kim Çen In hərbi-sənaye kompleksi müəssisələrində istehsal nəticələrini müsbət qiymətləndirib və ordunun müharibəyə hazırlığında köklü dəyişikliyə nail olmaq üçün cari ildə hərbi istehsal planının mütləq şəkildə həyata keçirilməsinin zəruriliyini vurğulayıb.