Çinin “Böyük yürüş-6C” daşıyıcı raketinin debüt buraxılışında orbitə 4 peyk göndərilib.
Xezerxeber.az xəbər verir ki, daşıyıcı raketin buraxılışı yerli vaxtla saat 11:21-də Çinin şimalındakı Tayyuan kosmodromunda baş tutub. Raket “Neptune-01”, “Smart-1C”, habelə genişzolaqlı optik və yüksəkölçülü video peykləri planlaşdırılan orbitə çatdırıb.
Çin Kosmos Elmləri və Texnologiyaları Korporasiyasının hazırladığı raketin hündürlüyü 43 metr, qalxma çəkisi 215 tondur. Maye oksigen və kerosinlə işləyən raket 2,4 tonadək yükü Günəş-sinxron orbitə (SSO) qaldırmaq gücünə malikdir. Raketin özəlliyindən biri də müxtəlif ölçülərdə peyklər üçün tənzimlənən faydalı yük yerinə sahib olmasıdır. Bu təmzimlənmə xüsusiyyəti raketə müxtəlif ehtiyacları və xüsusi tapşırıqları yerinə yetirmək imkanı verir.
Qeyd edir ki, bu, “Böyük yürüş” seriyasından 520-ci raket buraxılışı olub.