Xəzər Xəbər

“Telegram”da yeni funksiya olacaq

Texnologiya | 16:00 • 9 Aprel 2024
“Telegram”da yeni funksiya olacaq

“Telegram” sosial platformasının istifadəçiləri sadə ovuc skanından istifadə etməklə öz şəxsiyyətlərini təsdiq edə biləcəklər. 

Xezerxeber.az bu barədə Rusiya mediasına istinadla xəbər verir.

Bu təşəbbüsün bir hissəsi olaraq, “TON Society” proqramda iştirak etmək istəyən istifadəçilər üçün mükafat olaraq 1 milyon Toncoin (təxminən 6,5 milyon dollar) ayırıb.

“HumanCode” texnologiyası xüsusi avadanlığa ehtiyac olmadan smartfondan istifadə edən real şəxsin statusunu təsdiqləməyi asanlaşdıracaq.

Layihənin məqsədi növbəti beş il ərzində “Telegram” kanalının 500 milyon istifadəçisini təhlükəsiz rəqəmsal şəxsiyyətlə təmin etməkdir. Bu texnologiya “Airdrop” (pulsuz kriptovalyuta transferi) və ya tranzaksiya təhlili kimi əməliyyatlarda kimliyin yoxlanılması baxımından faydalı olacaq.

Xəbər lenti