Aparıcı qısa video platforması olan TikTok istifadəçilərin təhlükəsizliyini mütləq prioritet hesab edir və insanların yaradıcılığını göstərməsi və yeni biliklər qazanması üçün xoş mühit yaradır.
Platformada təhlükəsizliyi qorumaq üçün TikTok platformanın İcma Qaydalarını pozan məzmunu müəyyən etmək və ona qarşı tədbir görmək üçün innovativ texnologiyadan və peşəkarlardan ibarət komandalardan istifadə edir. Hazırda dünyada müxtəlif dillərdə, o cümlədən Azərbaycan dilində danışan 40 000-dən çox insan TikTok-da istifadəçilərin təhlükəsizliyini təmin etmək üçün çalışır.
TikTok təhlükəsizlik təcrübələri ilə bağlı şəffafdır və mütəmadi olaraq silinən videolar və hesablar haqqında məlumat yerləşdirir. Platformadan çıxarılan məzmunun həcmi və xarakteri haqqında məlumatlar rüblük olaraq açıqlanır. Ən son İcma Təlimatlarının İcra Hesabatlarına əsasən, 2023-cü ilin dördüncü rübündə dünya üzrə 176 461 963 video İcma Qaydalarının pozulması səbəbindən silinib. Bu, rübdə TikTok tərəfindən silinən ən çox video sayıdır. Silinmiş videoların 96,7%-i proaktiv şəkildə silinib. Proaktiv silinmə videonun yerləşdirilməzdən əvvəl müəyyən edilməsi və silinməsi deməkdir. Videoların 89,9%-i yayımlandıqdan sonra 24 saat ərzində silinib. 8 012 732 canlı yayım qanun pozuntularına görə dayandırılıb.
Eyni müddət ərzində Azərbaycanda 903 041 video İcma Qaydalarının pozulması səbəbindən silinib. Bu, 2023-cü ilin istənilən rübündə silinmiş videoların ən yüksək sayıdır. Silinmiş videoların ümumi sayının 98%-i platforma tərəfindən proaktiv şəkildə silinib. Videoların 95,8%-i yayımlandıqdan sonra ilk 24 saat ərzində çıxarılıb.
Ümumilikdə, 2023-cü ildə Azərbaycanda İcma Qaydalarının pozulmasına görə 2 071 243 video silinib.
TikTok azyaşlı istifadəçilər kimi həssas qrupa xüsusi diqqət yetirir. TikTok 13 və daha yuxarı yaşlı istifadəçilər üçün platformadır və hər bir yeni istifadəçiyə tam doğum tarixi tələb olunan qeydiyyat forması təqdim olunur. Platformanın moderator komandası hesabın 13 yaşından kiçik istifadəçiyə aid ola biləcəyini göstərən əlamətləri aşkar etmək üçün təlim keçib. Təhlükəsizlik qrupu hesabın uşağa aid olduğuna əmin olarsa, o bloklanır. TikTok, sahiblərinin 13 yaşdan kiçik ola biləcəyi üçün silinən hesabların sayını açıqlayan ilk böyük platformadır. Belə ki, 2023-cü ildə dünya üzrə 13 yaşdan kiçik 76 484 236 istifadəçi hesabı silinib.
TikTok, həmçinin hər altı aydan bir dünyanın müxtəlif ölkələrinin hökumətlərindən gələn sorğular haqqında məlumatları ehtiva edən hesabatlar dərc edir, burada belə sorğuların sayını, görülən tədbirlər və silinən məzmunun miqdarını açıqlanır. (AZƏRTAC)