Xəzər Xəbər

“Xiaomi” ilk elektrikli avtomobilini satışa çıxaracaq

Texnologiya | 13:12 • 13 Mart 2024
“Xiaomi” ilk elektrikli avtomobilini satışa çıxaracaq

Çinin “Xiaomi” elektronika istehsalçısı ayın sonunda ilk elektrikli avtomobilini satışa çıxaracaq.

Xezerxeber.az xəbər verir ki, bunu dünyada üçüncü ən böyük mobil telefon istehsalçısı olan “Xiaomi”nin icraçı prezidenti Ley Tsün deyib.

"Xiaomi SU7”nin rəsmi təqdimatı martın 28-də baş tutacaq", - deyə “Xiaomi”nin icraçı prezidenti Ley Tsün Çinin Weibo sosial şəbəkəsində yazıb. Anons ilk dəfə dekabr ayında mətbuata göstərilən avtomobilin fotoşəkili ilə müşayiət olunub.

Bu xəbərdən sonra martın 12-də günorta saatlarında Honq Konq Fond Birjasında “Xiaomi” səhmlərinin qiyməti təxminən 10 faiz artıb.

SU7 avtomobili yerli “BAIC” zavodu tərəfindən istehsal olunur, “Xiaomi” isə avtomobil üçün proqramlar və elektron komponentlər təqdim edir. Batareyaların 800 kilometrə qədər gediş ehtiyatı var.

“Xiaomi”nin avtomobil sektorunda böyük iddiaları var. "Məqsədimiz 15-20 illik zəhmətdən sonra dünyanın ən yaxşı istehsalçıları beşliyinə daxil olmaqdır", - deyə Ley Tsün ötən ilin dekabr ayında bildirib.

Xəbər lenti

Çox oxunanlar