Rusiya hakimiyyət orqanları Plesetsk sınaq kosmodromunda "Yars" bərk yanacaqlı qitələrarası ballistik raketin döyüş-təlim buraxılışı barədə ABŞ tərəfini əvvəlcədən xəbərdar edib.
Xezerxeber.az-ın məlumatına görə, bu barədə TASS-ın müxbirinə Pentaqonun nümayəndəsi bildirib.
"Bəli, Rusiya Nüvə Riskinin Azaldılması Mərkəzi vasitəsilə ABŞ-ni raket buraxılışı haqqında xəbərdar etdi. Biz vəziyyəti izləməyə davam edəcəyik", - Pentaqon qeyd edib.