Geostasionar orbitlərdəki peyk rabitəsi vasitələrinin özəlləşdirilməsinə icazə verilir.
Xezerxeber.az-ın xəbərinə görə, bu, Milli Məclisin martın 5-də keçiriləcək iclasının gündəliyinə daxil edilmiş “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Geostasionar orbitlərdəki peyk rabitəsi vasitələri özəlləşdirilməsi qadağan edilən dövlət əmlakının sırasından çıxarılır.
Qeyd edək ki, “Kosmik fəaliyyət haqqında” qanunun 8.2-ci maddəsində qeyd edilib ki, kosmik fəzada olan kosmik obyektin özgəninkiləşdirilməsinə, dövlət mülkiyyətində olan kosmik obyektlərin “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna uyğun olaraq özəlləşdirilməsinə, istismara yararsız vəziyyət düşmüş və məhv olmaya qarşı tam sığortalanmış kosmik obyektlər üzərində mülkiyyət hüququnun sığorta müqaviləsində nəzərdə tutulduğu halda sığorta ödənişi müqabilində sığortaçılara keçməsinə yol verilir.