Texnologiya nəhəngi “Apple” öz elektromobilini yaratmaq ideyasından imtina etmək, bu istiqamətdə bütün işləri dayandırmaq və diqqətini süni intellekt texnologiyalarının inkişafına yönəltmək qərarına gəlib.
Xezerxeber.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, elektromobilin yaradılması üzərində işləyən “Special Projects Group” komandasının bir çox işçisi generativ süni intellektin inkişafı bölməsinə köçürüləcək.
Qeyd edək ki, “Apple” mütəxəssisləri layihə üzərində 2014-cü ildən işləməyə başlayıblar. Konsepsiyada elektromobilin adi sükan çarxının və pedalların olmayacağı nəzərdə tutulurdu. Avtomobildə hərəkətin təhlükəsizliyini təmin etmək üçün kompleks köməkçi mexanizmlər sistemi hazırlanmışdı.