Ukrayna ərazilərinin bərpasında Türkiyə şirkətləri ilə işləyəcək.
Xezerxeber.az-ın məlumata görə, bunu Ukraynanın Baş naziri Denis Şmıqal söyləyib.
"Türkiyə şirkətləri Ukraynada fəal çalışırlar. Ölkəmizin infrastrukturunun qurulmasına dair Türkiyə şirkətləri ilə çox sayda müqavilələr imzalanıb", - deyə Şmıqal əlavə edib.
Baş nazir bildirib ki, müharibə başlayandan bəri Türkiyə dövləti Ukraynaya böyük kömək edir. Hazırda Ukraynada "Bayraktar"ın zavodu inşa olunur.