Rusiyanın robotlaşdırılmış “Progress 87” kosmik yük gəmisi bu gün səhər saatlarında Beynəlxalq Kosmik Stansiyaya təxminən 3 tona yaxın yük çatdırıb.
Xezerxeber.az "Space.com" saytına istinadla xəbər verir ki, stansiyaya göndərilən yükə astronavtlar üçün yanacaq, qida və gələcək elmi kəşflər üçün zəruri materiallar daxildir.
“Progress 87” kosmik yük gəmisi fevralın 14-də “Soyuz” raketi vasitəsilə Qazaxıstanın “Baykonur” kosmodromundan fəzaya buraxılıb.
Qeyd edək ki, fevralın 22-də “SpaceX” kompaniyasının “Crew-8” kosmik gəmisi “NASA Commercial Crew Program” proqramı çərçivəsində BKS-də dörd astronavtı əvəzləyəcək.