Gələcəkdə Ukrayna Türkiyənin beşinci nəsil KAAN qırıcılarını almaq istəyir və onlardan harada istifadə edəcəyini artıq bilir.
Xezerxeber.az Ukrayna mediasına istinadla xəbər verir ki, bu fikri Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar söyləyib.
O bildirib ki, KAAN-ın "F-35" və "F-22" ilə rəqabət aparmaq üçün tam potensialı vardır.
“Beləliklə, dediyimiz kimi, uğur qazana bilsək və həm Şərqdə, həm də Qərbdə üçüncü tərəflərin təsirinin qarşısını ala bilsək, regionun ən güclülərindən biri olacağıq”, - deyə səfir əlavə edib.