Amerikalı mütəxəssislər yeni altıncı nəsil strateji bombardmançı “B-21 Raider”in ikinci sınaq uçuşunu həyata keçiriblər.
Xezerxeber.az-ın xəbərinə görə, bu barədə yerli “Air & Space Forces Magazine” nəşri ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) nümayəndəsi Enn Stefanekə istinadən yazır.
Nəşr qeyd edir ki, bu təyyarənin ilk uçuş sınaqları 2023-cü il noyabrın 10-da baş tutub. Eyni zamanda, yeni uçuşlar əvvəlcədən elan edilməyib.
Bununla belə, o, bombardmançının sınaq proqramı, o cümlədən etdiyi uçuşların ümumi sayı barədə təfərrüatları açıqlamayıb. Nəşrin məlumatına görə, bu, ABŞ Hərbi Hava Qüvvələrinin əməliyyat təhlükəsizliyini təmin etmək məqsədilə edilib.