Xəzər Xəbər

Rusiyada 2026-cı ildə pilotsuz qatar işə salınacaq

Texnologiya | 09:01 • 20 Yanvar 2024
Rusiyada 2026-cı ildə pilotsuz qatar işə salınacaq

“Rusiya Dəmir Yolları” Açıq Səhmdar Cəmiyyəti 2026-cı ildə tamamilə pilotsuz qatar dövriyyəyə buraxacaq, 2024-cü ilin yayında isə Moskva Mərkəzi Halqasında qismən pilotsuz qatar işə salınacaq.

Xezerxeber.az TASS-a istinadla xəbər verir ki, bu barədə holdinqin başçısı Oleq Belozyorov Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Rusiya” sərgi-forumu çərçivəsində keçirilən “Gələcəyin nəqliyyat sistemi sərnişinin mənafeyi naminə” mövzusuna həsr olunmuş plenar diskussiyada bildirib. O deyib: “Biz Moskvada, Mərkəzi Halqada bu ilin yayında 3A səviyyəsində pilotsuz idarəetmə qatarını işə salacağıq. Növbəti mərhələdə tamamilə pilotsuz qatarı 2026-cı ildə dövriyyəyə buraxmağı planlaşdırırıq”.

Xəbər lenti

Çox oxunanlar