Özüyeriyən "MArG 155" haubitsaları Ermənistana çatdırılacaq.
Xezerxeber.az APA-ya istinadən xəbər verir ki, bu barədə Hindistanın artilleriya sistemləri istehsalçısı "Bharat Forge"a istinadən "Idrw" portalı məlumat yayıb.
"MArG" sərt dağlıq ərazilərdə işləmək qabiliyyətinə malikdir. Onun qabaqcıl texniki performansı sayəsində atəş və zərbə qabiliyyəti təmin etdiyi iddia olunur. 39 kalibrli lüləsi olan 155 mm-lik dağ artilleriya silahının mənzili 24-30 kilometr arasındadır.
"MArG" Hindistan istehsalı olan "Ashok Leyland Mk 4" hərbi texnikası əsasında hazırlanıb və beş nəfərlik heyətə malikdir.