Fransa yeni “M51.3” qitələrarası ballistik raketini uğurla sınaqdan keçirib.
Xezerxeber.az xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələr Nazirliyi məlumat yayıb.
“Silahlı qüvvələr naziri Sebastien Lekornu “M51.3” qitələrarası ballistik raketin nüvə yükü olmadan uğurla sınaqdan keçirildiyini bildirir”, - deyə məlumatda qeyd olunub.
Bildirilib ki, sınaqlar raketin modernləşdirilməsi işinin effektivliyini təsdiqləyib.
Nazirliyin məlumatına görə, raketin təlim döyüş başlığı Şimali Atlantikaya “sahildən yüzlərlə kilometr aralıda” düşüb.