İsrail ordusu ilk dəfə atmosferdən kənarda ballistik raketləri ələ keçirə bilən “Arrow-3” raketdən müdafiə sistemindən (İvrit dilində “Hetz-3” kimi tanınır - red.) istifadə edib.
Bu barədə İsrail Müdafiə Ordusu (SAXAL) xəbər verib.
Məlumatda qeyd olunur ki, “Arrow-3” Yəməndən atıldığı ehtimal olunan raketi Qırmızı dəniz üzərində ələ keçirib.
“Raket İsrailin cənubunda yerləşən Eylat şəhərinə doğru istiqamətlənibmiş”, - məlumatda qeyd olunur.
Qeyd edək ki, “Arrow-3” raketdən müdafiə sistemi ilk dəfə 2017-ci ildə quraşdırılıb və ballistik raketləri atmosferdən kənarda məhv etmək üçün nəzərdə tutulub.
Mənbə: "The Times of Israel"