Xəzər Xəbər

“YouTube”da mahnıları müğənnilərin səsi ilə OXUMAQ MÜMKÜN OLACAQ

Texnologiya | 11:19 • 21 Oktyabr 2023
“YouTube”da mahnıları müğənnilərin səsi ilə OXUMAQ

“YouTube”un üzərində işlədiyi yeni süni intellekt vasitəsilə sevdiyiniz müğənnilərin səsi ilə mahnılar oxuya biləcəksiniz.

Xezerxeber.az-ın məlumatına görə, “YouTube” bu alətin öyrədilməsi və mahnıların hüquqlarını almaq üçün bir sıra musiqi şirkətləri ilə əlaqəyə keçib.

Qeyd edək ki, “YouTube” dünyanın ən böyük video paylaşma sistemlərindən biridir. 15 fevral 2005-ci ildə 3 köhnə “PayPal” işçisi tərəfindən qurulmuş və 2006-cı ilin oktyabrında “Google” tərəfindən satın alınıb.

"Tube" sözü Cathode Rals Tube; Televiziya tubiki — borusu (elektron şüa borusu) sözündən gəlmişdir. "Broadcast Yourself" — "Özünü Yayımla" şüarı ilə yola çıxıb.

Xəbər lenti