Xəzər Xəbər

Azərbaycanda 9 ayda 700 milyondan çox zərərli keçid bloklanıb

Texnologiya | 13:33 • 18 Oktyabr 2023
Azərbaycanda 9 ayda 700 milyondan çox zərərli keçid bloklanıb

Bu ilin yanvar-sentyabr aylarında dövlət qurumlarının informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə "AzstateNet" dövlət şəbəkəsində 709 milyon 735 min zərərli keçid yeni nəsil mühafizə avadanlıqları vasitəsilə, 4 milyon 602 min zərərverici virus mərkəzləşdirilmiş antivirus sistemi vasitəsilə bloklanıb.

Xezerxeber.az bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə istinadən xəbər verir.

Bundan başqa, məlumata görə, 9 ayda 56,5 min virus tərkibli sənəd xüsusi mühafizə sistemləri vasitəsilə aşkarlanıb, onların dövlət qurumlarına göndərilməsinin qarşısının alınıb.

Çox oxunanlar