Çinin "Long March 2D" daşıyıcı aparatı "Yaogan-39" Yerin məsafədən zondlama peykini uğurla orbitə çıxarıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası bildirib.
Raket Bakı vaxtı ilə saat 04:24-də Sıçuan əyalətindəki kosmodrom meydançasından buraxılıb.
“Long March 2D” ikimərhələli daşıyıcı aparatı Şanxay Kosmik Texnologiyalar Akademiyası tərəfindən peykləri aşağı Yer orbitinə çıxarmaq üçün hazırlanıb. Tərtibatçıların fikrincə, o, həmçinin təxminən 645 kilometr yüksəklikdə günəşlə sinxron orbitə 1300 kiloqrama qədər faydalı yük çıxarmağa qadirdir.