Xəzər Xəbər

"SpaceX" şirkəti daha 22 "Starlink" peykini uğurla orbitə çıxarıb

Texnologiya | 10:39 • 24 Sentyabr 2023
"SpaceX" şirkəti daha 22 "Starlink" peykini uğurla orbitə çıxarıb

Amerikanın "SpaceX" şirkəti 22 Starlink peykini uğurla orbitə çıxarıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb. 

Peyklər Florida ştatında buraxılıb və raket buraxıldıqdan bir saat sonra orbitə daxil olublar.

Qeyd edək ki, "cybernews.com"un daha əvvəl peykləri izləyən portala istinadən verdiyi məlumata görə, "SpaceX" iyulun 18-dən sentyabrın 18-dək 212 peyki itirib. Onların orbitdən çıxarılmasının planlaşdırıldığı və ya nasazlığın səbəb olduğu hələ aydın deyil.

Xəbər lenti