“Meta” şirkəti “Facebook” və “Instagram”ın pullu versiyalarını təqdim edə bilər.
Xezerxeber.az xəbər verir ki, bu barədə şirkətə yaxın mənbələrdən bildirilib.
Ödənişli “Facebook” və “Instagram” istifadəçilərə reklamlara baxmadan sosial şəbəkələrdən istifadə etməyə imkan verəcək.
İlkin olaraq Avropa ölkələri üçün nəzərdə tutulan yeniliyin tam olaraq nə vaxt istifadəyə veriləcəyi və ödənişin hansı məbləğdə olacağı məlum deyil.