Xəzər Xəbər

İran yeni PUA təqdim edib

Texnologiya | 15:50 • 22 Avqust 2023
İran yeni PUA təqdim edib

İran ən azı 2000 km məsafə qət edə bilən yeni “Mohajer 10” pilotsuz uçuş aparatı (PUA) təqdim edib.

Xezerxeber.az bu barədə Fars Xəbər Agentliyi məlumat yayıb.

Məlumata əsasən, 210 km/saat sürətlə uça bilən PUA-nın maksimal uçuş müddəti 24 saata, uçuş hündürlüyü isə 7 km-ə çatır, yanacaq tutumu 450 litr və maksimum yük çəkisi 300 kq-dır.

Məlumata görə, yeni PUA İran Prezidenti İbrahim Rəisinin iştirakı ilə ölkənin müdafiə sənayesinin sərgisində təqdim edilib.

Xəbər lenti

Çox oxunanlar