Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumları üçün yaradılmış dövlət elektron poçt xidmətində 1-ci yarımil ərzində ümumilikdə 16 mln. 993 min elektron poçt emal edilib.
Xezerxeber.az Dövlət Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, onlardan 15 mln. 577 mini istifadəçilərə çatdırılıb, 1 mln. 416 mini zərərli tərkibli olması səbəbilə blok edilib.
Hazırda xüsusi mühafizə avadanlıqları ilə təmin olunmuş elektron poçt xidmətindən 505 domen adı ilə dövlət qurumlarının 30.000 əməkdaşı istifadə edir.