MIT və Stanford Universitetinin alimləri dinamik mühitdə pilotsuz təyyarə və avtonom nəqliyyat vasitəsi kimi robotları daha effektiv şəkildə idarə etmək üçün istifadə edilə biləcək yeni metod işləyib hazırlayıblar.
AZƏRTAC “ScienceDaily” saytına istinadla xəbər verir ki, tədqiqatçılar bu texnologiyanın köməyilə avtonom avtomobildə sürüşkən yol şəraitini kompensasiya edə biləcək sistem yaradıblar. Stanford Universitetindən professor Navid Azizanın dediklərinə görə, bu texnika əvvəlkilərdən onunla fərqlənir ki, üstündə işlədiyimiz cihaz daha az məlumatdan istifədə edir, daha sürətli təhlil aparır və daha dəqiq nəticə əldə edir. Sözügedən cihazın fəaliyyətində xəta payı eyni seriyanın əvvəlki modellərinə nisbətən dəfələrə azdır.
Stanford Universitetinin magistratura tələbəsi Sepencer Riçards qeyd edir ki, onlar bu texnologiyanı işləyib hazırlayarkən robotistlərin metodlarından ilhamlanıblar və indi də bu metoddan yararlanaraq sistemi inkişaf etdirməyə davam edirlər.