Xəzər Xəbər

İnnovativ mükəmməlliyin tanınması: Samsung 17-ci ildir ki, qlobal TV bazarına liderlik edir FOTO

2022-ci ildə Samsung qlobal TV bazarında yenə də birinciliyə yüksələrək televizor istehsalı sənayesinə ardıcıl 17-ci ildir ki, liderlik etmiş olur
Texnologiya | 17:30 • 1 İyun 2023
İnnovativ mükəmməlliyin tanınması: Samsung 17-ci ildir ki, qlobal TV bazarına liderlik edir

Texniki təcrübəsi və sənayedə qabaqcıl yenilikləri ilə Samsung Electronics qlobal bazarda liderliyi və mükəmməlliyi ilə tanınır.

Omdia bazar araşdırması şirkətinin məlumatına görə, 2022-ci ildə Samsung qlobal TV bazarında yenə də birinciliyə yüksələrək televizor istehsalı sənayesinə ardıcıl 17-ci ildir ki, liderlik etmiş olur. Bu nailiyyət şirkətin premium baxış təcrübələrinə və istifadəçi mərkəzli dizayna sadiqliyinə aid edilə bilər.

Premium məhsul sırasına üstünlük verməklə, Samsung-un televizor sənayesindəki misilsiz liderliyini 17 il ərzində qoruyub saxlamasının ən parlaq göstəricilərindən biri Neo QLED seriyasıdır. 2022-ci ildə Samsung heyrətamiz 9,65 milyon ədəd QLED və Neo QLED televizor sataraq, 2017-ci ildə satışa çıxarılandan bəri məcmu satışları 35 milyon ədədə çatdırıb. 2022-ci ildə də müvafiq olaraq 75 və 80 düymdən böyük televizorlar üçün bazar payı 36,1% və 42,9% olmaqla ultra-böyük televizor bazarı seqmentində yenə də Samsung üstünlük qazanıb. Qiyməti 2500 ABŞ dollarından yüksək olan premium televizor bazarında Samsung 48,6% gəlirlə ən böyük bazar payını saxlaya bilib.

Samsung Electronics-in Vizual Ekran Biznesi üzrə İcraçı Vitse-Prezidenti Çolq Kim fikrini belə ifadə edir: "Son 17 il ərzində sənaye liderliyimiz istehlakçılarımızın məhsullarımıza davamlı sədaqəti və inamı sayəsində mümkün oldu. Biz hətta premium görüntü keyfiyyətindən daha üstün olacaq ən yüksək səviyyəli cihaz təcrübələrinin yaradılmasına yol açmaqda davam edəcəyik."

Samsung-un televizor bazarındakı 17 illik liderliyi şirkətin istehlakçı mərkəzli dizayn və təkmilləşdirilmiş istifadəçi təcrübəsi ilə ən innovativ məhsulları özündə cəmləşdirmək öhdəliyinin bəhrəsidir. 2006-cı ildə Bordeaux TV-nin təqdimatı düşünülmüş dizaynlı və yüngül çəkili LCD televizorları qəbul etdirərək yeni istiqamətin əsasını qoydu. Bu, həm də Samsungun qlobal televizor bazarında birinciliyinin başlanğıcı idi. Şirkət 2009-cu ildə ilk LED televizorunu, 2011-ci ildə isə ilk Smart TV-ni istifadəyə verərək, hər biri üzrə bazarda yüksək mövqe tutaraq, yeni texnologiyaları istehlakçılara yaxınlaşdırmaq yolunu seçdi.

İnnovasiya sərhədlərini aşmağa davam edərək 2017-ci ildə Samsung sənayedə ilk dəfə 100 faiz rəng həcminə nail olmaq üçün kvant nöqtə texnologiyası əsasında QLED televizorunu bazara çıxararaq “növbəti nəsil ekranı” anlayışını təyin etdi. 2018-ci ildə şirkət QLED 8K, ardınca 2021-də Quantum Mini LED ilə dəstəklənən Neo QLED və özünü işıqlandıran MICRO LED-i təqdim etdi. Bu innovativ texnologiyalar toplusu təsvir keyfiyyəti standartlarını yenilədi və sənayedə yeni meyarlar müəyyənləşdirdi.

Bundan başqa, Samsung Lifestyle seriyası kimi yeni kateqoriyalar üzrə də irəliləyib. 2016-cı ili Serif-in ikonik dizaynı ilə başlayan Samsung The Frame, The Sero, The Terrace, The Premiere və The Freestyle kimi məhsullar vasitəsilə istifadəçi təcrübəsini zənginləşdirmək üçün məhsul sırasını təkmilləşdirməyə davam etdi.

2023-cü ildə Samsung-un innovasiyalara sadiqliyi istifadəçilərin ehtiyaclarını qarşılamaqdan ötrü hazırlanmış intuitiv texnologiyanın inkişafı ilə davam edir. SmartThings prioritet olaraq qalan təhlükəsizlik şəraitində çox sayda cihazların qüsursuz inteqrasiyası və qoşulmasına şərait yaradacaq ki, istifadəçilərin unikal ehtiyaclarını dərindən fərdiləşdirmə hesabına qarşılamağa imkan verəcək.

Ətraflı: samsung.com

**

Благодаря своему техническому опыту и ведущим в отрасли инновациям, компания Samsung Electronics получила признание за лидерство и превосходство на мировом рынке.

По данным исследовательской компании Omdia, Samsung вновь возглавила мировой рынок телевизоров в 2022 году, что стало 17-м годом подряд, когда компания занимает первое место в телевизионной индустрии. Это достижение можно объяснить приверженностью компании к премиальным впечатлениям от просмотра и ориентированному на пользователя дизайну.

Отдавая предпочтение линейке продуктов премиум-класса, Samsung сохраняет беспрецедентное лидерство в телевизионной индустрии на протяжении впечатляющих 17 лет, примером чего является линейка Neo QLED. В 2022 году компания Samsung продала 9,65 млн единиц телевизоров QLED и Neo QLED, доведя совокупные продажи до 35 млн единиц с момента их запуска в 2017 году. Samsung также доминировал в сегменте рынка сверхбольших телевизоров в 2022 году, показав долю рынка в 36,1% и 42,9% для телевизоров с диагональю более 75 и 80 дюймов соответственно. На рынке телевизоров премиум-класса стоимостью свыше 2500 долларов Samsung сохранил самую большую долю рынка по доходам – 48,6%.

"Наше лидерство в отрасли на протяжении последних 17 лет стало возможным благодаря неизменной лояльности и доверию потребителей к нашей продукции", – сказал Чолги Ким, исполнительный вице-президент подразделения визуальных дисплеев компании Samsung Electronics.

"Мы продолжим прокладывать путь к созданию самых премиальных устройств, которые выходят за рамки премиального качества изображения".

Лидерство Samsung на рынке телевизоров в течение 17 лет подряд является свидетельством стремления компании предоставлять самые инновационные продукты с ориентированным на потребителя дизайном и улучшенным пользовательским опытом. Выпуск телевизора Bordeaux в 2006 году ознаменовал массовое распространение ЖК-телевизоров с изысканным дизайном и легким форм-фактором. Это также был первый случай, когда Samsung занял первое место на мировом рынке телевизоров. Компания продолжала приближать революционные технологии к потребителям, выпустив свой первый LED-телевизор в 2009 году и Smart TV в 2011 году, удерживая первое место на рынке на протяжении всех этих запусков и после них.

Samsung продолжал расширять границы качества изображения и инноваций, представляя продукты с новейшими технологиями. В 2017 году Samsung определил термин "дисплей следующего поколения", представив первый телевизор QLED, в котором использовалась технология квантовых точек для достижения 100-процентного цветового объема впервые в отрасли. В 2018 году компания выпустила революционную модель QLED 8K, за которой в 2021 году последуют квантовые мини-светодиоды Neo QLED и самосветящиеся светодиоды MICRO LED. Эта коллекция инновационных технологий переопределила стандарт качества телевизионного изображения и продолжает каждый раз устанавливать новые отраслевые ориентиры.

Кроме того, Samsung находится на переднем крае создания новых категорий, таких как серия Lifestyle. Начав с культового дизайна The Serif в 2016 году, Samsung продолжает развивать свою линейку продуктов с дизайном, улучшающим пользовательский опыт, с помощью таких продуктов, как The Frame, The Sero, The Terrace, The Premiere и The Freestyle.

В 2023 году компания Samsung продолжает стремиться к инновациям, разрабатывая интуитивно понятные технологии, предназначенные для удовлетворения потребностей пользователей. SmartThings обеспечит бесшовную интеграцию и подключение множества устройств, при этом безопасность останется главным приоритетом, позволяя пользователям создавать глубоко персонализированный опыт, учитывающий их уникальные предпочтения и потребности.

Подробнее: samsung.com

Xəbər lenti

Çox oxunanlar