Xəzər Xəbər

“Windows”da təhlükəli boşluq aşkarlanıb

Texnologiya | 10:31 • 16 May 2023
“Windows”da təhlükəli boşluq aşkarlanıb

“Windows” əməliyyat sistemində təhlükəli boşluq (CVE-2023-29336) aşkarlanıb.

Xezerxeber.az Elektron Təhlükəsizlik Xidmətinin məlumatına istinadən xəbər verir ki, boşluq “Microsoft Windows” əməliyyat sisteminin “WIN32K” sistem drayverində mövcuddur.

Boşluğun istismarı kiberdələduza təsirə məruz qalmış “hostl” üzərində “SİSTEM” səviyyəsində imtiyazlar əldə etməyə imkan verir.

Bu boşluq fərdi məlumatların ələ keçirilməsi, manipulyasiya edilməsi, silinməsi, sistemə zərərli proqram təminatının yerləşdirilməsi və sistemlərin sıradan çıxmasına səbəb ola bilər.

Təhlükəsizlik üçün istifadəçilərə və inzibatçılara “Windows” əməliyyat sisteminin ən son təhlükəsizlik yeniləmələrini (security updates) etmək tövsiyə olunur.

Xəbər lenti

Çox oxunanlar