"Google" bu yaxınlarda "Gmail" üçün təhlükəsizlik tədbirlərini təkmilləşdirən yeni funksiyasını elan edib.
Bu funksiya, istifadəçiləri həssas məlumatları ələ keçirmək üçün aldadan fişinq fırıldaqçılarının qarşısını alacaq. Şirkətlərin, qurumların və ya ictimai xadimlərin e-poçtlarının yanında doğrulama işarəsi görünəcək.
"Google"-un açıqlamasına görə, təsdiqlənmiş şirkətdən e-poçt aldığınız zaman gələnlər qutunuzda şirkət adının yanında mavi işarə görəcəksiniz.
"Gmail"də mavi işarənin üzərinə gətirdiyiniz zaman “Bu e-poçtu göndərən profil şəklindəki domenin və loqonun sahibliyini təsdiqləyib” deyən pop-up görəcəksiniz. Bu o deməkdir ki, "Google" ətraflı məlumat verəcək ki, e-poçtu alan insanlar göndərənin həqiqi olub-olmadığını müəyyən etsinlər. (Trend)