Aprel ayının 1-dən 15-dək Neftçala rayonunun Bankə qəsəbəsi ərazisində yerləşən evlərin birindən 10 000 manat dəyərində məişət əşyalarının və avadanlıqlarının oğurlanması barədə rayon polis şöbəsinə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, oğurluq əməlini törətməkdə şübhəli bilinən həmin qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş Davud Babayev və Cavidan Abdullayev saxlanılıblar.
Dindirilmə zamanı məlum olub ki, onlar zərərçəkmişə məxsus evə bir neçə dəfə oğurluğa giriblər.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: