Türkiyənin “Anka-3” pilotsuz uçuş aparatı (PUA) ilk dəfə uçuş-enmə zolağına çıxarılıb.
Bu barədə “TRT Haber” kanalı məlumat yayıb.
Bildirilib ki, 40 min fut yüksəklikdə fəaliyyət göstərə bilən PUA ilk dəfə uçuş həyata keçirəcəyi gün üçün hazırdır.
Qeyd edək ki, “Anka-3” PUA-sı Türkiyənin TUSAŞ şirkəti tərəfindən hazırlanıb.