Xəzər Xəbər

Çində dünyanın ən böyük tankeri inşa edilib

Texnologiya | 14:00 • 4 Aprel 2023
Çində dünyanın ən böyük tankeri inşa edilib

Dalyan şəhərində tamamilə Çində layihələndirilmiş və tikilmiş, dinamik yerləşdirmə (DP) sistemi ilə təchiz edilmiş nəhəng “NS PIONEER” tankeri istismara verilib.

Xezerxeber.az xarici KİV-ə istinadla xəbər verir ki, tanker Çin Milli Okean Neft Korporasiyası tərəfindən dünyanın ən böyük dərinsulu neft və qaz yatağı - Braziliyanın Buzios və Mero yataqları üçün “Dalyan” gəmiqayırma zavoduna sifariş edilib.

Uzunluğu 279 metr, eni 48 metr, suya oturumu 23,7 metr və yükgötürmə qabiliyyəti 155 min ton olan bu gəmi Braziliyanın “Petrobras” neft və qaz şirkətinin ən son texniki xüsusiyyətlərinə uyğun inşa edilib və hazırda bu standarta uyğun dünyanın ən böyük DP tankeridir.

Xəbər lenti

Çox oxunanlar