Gürcüstanın gömrük nəzarəti xidmətinin təşkilində robotlardan istifadə ediləcək.
Bu barədə Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili bildirib.
Onun sözlərinə görə, robotlar müxtəlif sənədləri qəbul edib rəqəmsallaşdıracaq, onlarda olan səhvləri göstərəcək. Bu da gömrük nəzarəti işində problemlərin həllini asanlaşdıracaq.
Nazir deyib ki, dünyanın inkişaf etmiş bir sıra ölkələri gömrük xidmətinin təşkilində, dəmir yolu stansiyalarında, metroda robotların xidmətindən istifadə edir. Gürcüstan da bu təcrübədən faydalanacaq. (AZƏRTAC)