Texasda sınaqlar zamanı qəzaya uğradıqdan sonra ABŞ Müdafiə Nazirliyi az sayda istehsal edilmiş "F-35" qırıcılarının uçuşlarına müvəqqəti qadağa qoyub.
Xezerxeber.az-ın məlumatına görə, bu barədə “Defence News” jurnalı məlumat yayıb.
Qeyd edilib ki, məhdudiyyət ən azı yanvar ayına qədər qüvvədə olacaq.
Dekabrın 16-da "Lockheed Martin" istehsalçı şirkəti ABŞ-nin Texas ştatında sınaq uçuşu zamanı ən son model "F-35B Lightnig II" qırıcısının qəzaya uğradığını bildirib.