Abşeron rayonu, Masazır qəsəbəsində qaz sayğacı yanan ev 3 gündür ki, mavi yanacaqsız qalıb.
Xezerxeber.az-ın məlumatına görə, qəsəbə sakini Faiq Tağıyev deyib ki, hadisə gecə saatlarında baş verib.
Anidən qaz sayğacı alışmağa başlayıb. Məsələ ilə bağlı dərhal "Azərqaz" İB-nin qaynar xəttinə müraciət edib. Lakin hadisədən 3 gün keçməsinə baxmayaraq, hələ də ona müsbət cavab verən olmayıb.
Qonşuluqda yaşayan sakinlər bildirir ki, ərazidə ümumiyyətlə təhlükəli vəziyyət yaranıb. Bəzi qaz xəttlərində sızmalar var.
"Azəriqaz" İstehsalat Birliyinindən "Xəzər Xəbər"ə biildirildi ki, vətəndaşın müraciətinə baxılıb. Məsələ öz həllini tapacaq. Qısa zamanda qaz saygacı yenisi ilə əvəz olunacaq və fərdi yaşayış evinə qaz veriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: