Tviter sosial şəbəkəsində tərk edilmiş 1,5 milyard səhifə yaxın vaxtlarda bağlanacaq.
Xezerxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə sosial şəbəkənin sahibi İlon Mask özünün tviter səhifəsində yazıb.
“Tviter yaxın zamanlarda tvit edilməyən və illərlə istifadə olunmayan 1,5 milyard akkauntu bağlayacaq”, - deyə sahibkar bildirib.
Oktyabrın 27-də İlon Mask eyniadlı sosial şəbəkəyə malik “Twiter” kompaniyasını almaq üçün 44 milyard dollarlıq müqavilə bağlayıb. O, səhifələrin bloklanması siyasətində dəyişiklik edəcəyini və saxta hesablarla mübarizəni aparacağını deyib. Eyni zamanda, sosial şəbəkədə əvvəllər fəaliyyəti dayandırılan bir sıra səhifələr blokdan çıxarılıb.