Xəzər Xəbər

İlon Mask bloklanan tviter hesabları üçün “amnistiya” elan edib

Texnologiya | 13:25 • 25 Noyabr 2022
İlon Mask bloklanan tviter hesabları üçün “amnistiya” elan edib

"Twitter" kompaniyasının yeni sahibi İlon Mask sosial şəbəkədə bloklanan bütün hesablar üçün “amnistiya” elan edib.

Xezerxeber.az "Associated Press" agentliyinə istinadla xəbər verir ki, bu qərar İlon Maskın “qanunu pozmayan və ya böyük spamla məşğul olmayan” istifadəçilərin bloklanan hesablarının “amnistiya” edilib-edilməməsi ilə bağlı sorğusundan sonra verilib. Belə ki, sorğuda iştirak edən 3 milyondan çox istifadəçinin 72 faizi “amnistiya”nın lehinə olub.

Milyarder, həmçinin ABŞ-ın sabiq prezidenti Donald Trampın tviter hesabının da bərpa olunduğunu elan edib.

Ekspertlərin fikrincə, İlon Maskın “amnistiya”sı təqiblərin artmasına, nifrətin alovlanmasına və dezinformasiyaya səbəb olacaq.

Xəbər lenti

Çox oxunanlar