Xəzər Xəbər

Almaniya Ukraynaya 30 ədəd "Gepard" verib

Texnologiya | 17:12 • 19 Noyabr 2022
Almaniya Ukraynaya 30 ədəd "Gepard" verib

Berlin vəd etdiyi 30 ədəd "Gepard" özüyeriyən zenit qurğusunun hamısını Kiyevə çatdırıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə şənbə günü Almaniyanın Ukraynadakı səfirliyi məlumat yayıb.

“Müharibə başlayandan bəri Almaniya Ukraynaya 30 ədəd "Gepard" tədarük edib. "Gepard" Ukraynanın mühüm infrastrukturunu qorumaq üçün istifadə olunur”, - diplomatik missiyanın tviterdə dərc olunmuş məlumatında belə deyilir.

Almaniya Ukraynaya ilk üç ədəd Gepards qurğusunu avqustun əvvəlində göndərmişdi. Daha sonra Ukraynanın “Cənub” operativ komandanlığı bildirmişdi ki, ümumilikdə Kiyev 30 ədəd belə texnikanın təhvil verilməsini gözləyir.

"Gepard" 100 metrdən 4 kilometrə qədər məsafədə 3 kilometrədək hündürlükdəki hədəfləri vura bilən zenit qurğusudur.

Xəbər lenti

Çox oxunanlar