İranda “Instagram” və “WhatsApp”ın fəaliyyəti dayandırılıb.
“Mouze” teleqram kanalında yayılan məlumata görə, bu barədə İranın Hibrid Müdafiə Təşkilatının komandiri general Cəlali xəbər verib:
“ “Instagram” və “WhatsApp” sosial şəbəkələrinə qoyulan blok İran Milli Təhlükəsizlik Şurasının qərarı ilə tətbiq edilib və bu şirkətlər ölkəmizin daxili qanunlarına əməl edəcəklərinə dair öhdəlik götürənə qədər bu qadağa davam etdiriləcək”.