Çinin “Ciansu Yancı Sinfu” gəmiqayırma zavodunda dünyanın ən böyük 2 konteyner gəmisi – “MSC Irina” və “MSC Loreto” adlı gəmilər inşa edilib.
AZƏRTAC şirkətin açıqlamasına istinadla xəbər verir ki, hər biri 24 min 346 konteyner (20 futluq ekvivalentində) tutumu olan gəmilərin uzunluğu 399,99 metr, eni 61,3 metrdir. Göyərtəsinin sahəsi 3,5 futbol stadionuna (24 min kvadratmetr) bərabər olan gəmilər sınaqları başa vurduqdan sonra gələn ilin fevralında sifarişçi şirkətə (“Mediterranean Shipping Company”) təhvil veriləcək. Hazırda inşası davam edən digər 4 belə gəminin də gələn il sifarişçiyə çatdırılması nəzərdə tutulub.
Qeyd edək ki, indiyədək dünyanın ən böyük konteyner gəmisi “Evergreen” nəqliyyat şirkətinə məxsus “Ever Alot” hesab olunurdu. Onun konteyner tutumu 24 min 4 ədəddir.