Xəzər Xəbər

“Whatsapp”dan YENİLİK: Onlayn olduğunuzu gizlədə biləcəksiniz

Texnologiya | 14:15 • 24 Oktyabr 2022
“Whatsapp”dan YENİLİK: Onlayn olduğunuzu gizlədə biləcəksiniz

“Whatsapp” hamının gözlədiyi yeni funksiyasını təqdim edib. 

XəzərXəbər “Wabetainfo” saytına istinadən xəbər verir ki, artıq istifadəçilər real vaxt ərzində onlayn olduğunu gizləyə biləcək. 

Belə ki, bu yenilik vasitəsilə siz son görülmə saatını kimlərin görə biləcəklərini seçə biləcəksiniz.

Bunun üçün “Tənzimləmələr”dən “Hesab” bölməsinə daxil olun. Daha sonra “Gizlilik” hissəsinə girərək “Son görülmə ilə eynidir” (Same as last seen) düyməsini seçin. 

Sözügedən funksiya tətbiqin təkcə beta versiyası deyil, həmçinin digər versiyalar üçün də aktivdir. //lent

Xəbər lenti

Çox oxunanlar