Xəzər Xəbər

Cənubi Koreya pilotsuz gəmilər üçün komandanlıq yaratmaq istəyir

Texnologiya | 14:38 • 21 Oktyabr 2022
Cənubi Koreya pilotsuz gəmilər üçün komandanlıq yaratmaq istəyir

Koreya Respublikasının Hərbi Dəniz Qüvvələri 2040-cı illərin sonunadək pilotsuz təyyarələr, gəmilər və sualtı qayıqlara malik komandanlıq yaratmaq planlarını nəzərdən keçirir.

Xezerxeber.az xəbər verir ki, "Yonhap" informasiya agentliyi bu barədə ölkənin Hərbi Dəniz Qüvvələrinin parlamentdə hesabatına istinadla məlumat yayıb.

Hesabata əsasən, üç donanmadan birinin komandanlığı ləğv olunaraq onun yerini təklif edilən struktur tutacaq. Cənubi Koreya ordusu, eyni zamanda 2040-ci illər ərzində donanmada qulluq edən çağırışçıların sayının hazırda mövcud olan 37,1 faizdən 20 faizə endirmək niyyətindədir.

Koreya Respublikası, həmçinin 2050-ci ilə qədər “pilotsuz nəqliyyat vasitələrinin” payını hazırkı 1 faizdən 45 faizə çatdırmağı planlaşdırır. KBS telekanalının məlumatına görə, bu addımlar Cənubi Koreyada aşağı doğum səviyyəsinin səbəb olduğu kadr çatışmazlığı problemi ilə bağlıdır.

Xəbər lenti

Çox oxunanlar