"Apple"nin 2007-ci ildə təqdim etdiyi və qutusundan heç vaxt çıxmayan iPhone-un hərracda rekord qiymətə satılacağı gözlənilir.
XəzərXəbər xəbər verir ki, bu barədə "Business Insider" məlumat yayıb.
Məlumata görə, birinci nəsil iPhone ilk çıxanda 599 dollara başa gəlibsə, indi həmin cihazın 50 dəfədən çox baha satılacağı gözlənilir.
Xatırladaq ki, ilk iPhone 3,5 düymlük ekran, 2 meqapiksellik kamera və hələlik əvəzolunmaz internet brauzeri ilə gəlirdi. Digər tərəfdən ilk dəfə təqdim edilən iPhone 15 il əvvəl Stiv Cobsun əlində "iPod, telefon və internet əlaqə cihazı" olaraq təyin olundu.