22 ölkə İrandan pilotsuz təyyarə almaq üçün müraciət edib.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran ali lideri Ayətullah Xameneinin baş müşaviri və köməkçisi general Seyid Yəhya Səfəvi deyib.
O bildirib ki, gələcəkdə mümkün müharibələr üçün inteqrasiya olunmuş, təhlükəsiz komanda və idarəetmə şəbəkəsinə sahib olmaq lazımdır. Seyid Yahya Səfəvi vurğulayıb ki, gələcəkdə baş verə biləcək müharibələrin səhnəsi hər an dəyişir.