Xəzər Xəbər

Notbuk istifadəçilərinə XƏBƏRDARLIQ: Bu, xroniki xəstəliyə səbəb ola bilər

Texnologiya | 17:35 • 14 Oktyabr 2022
Notbuk istifadəçilərinə XƏBƏRDARLIQ: Bu, xroniki xəstəliyə səbəb ola bilər

Notbuk istifadəçilərinə xəbərdarlıq edilib.

XəzərXəbər-in məlumatına görə, evdən işin geniş yayılması ilə notbuk kompüterlərdən istifadə də artıb.
 
Mütəxəssislərin fikrincə, notbukun birbaşa dizlərdə istifadəsi xroniki xəstəliyə səbəb ola bilər.

Yalnız kompüterlərdən deyil, masa altı qızdırıcılar və avtomobil oturacaqlarının isidilməsi kimi istiliklər səbəbindən müəyyən xəstəliklər yarana bilər. Dermatoloq Dilek Başaran bununla bağlı tövsiyələrini verib:

"Son zamanlar bəlkə də evdən işləməyin artması ilə kompüterlərin qucağında və dizüstü kompüterlərin diz nahiyəsində saxlanması ilə bağlı hallar görməyə başladıq. Belə hallara yol vermək xroniki xəstəliklərin yaranmasına, bununla yanaşı xüsusilə istilik mənbəyinin davamlı olaraq bədənə yaxın olması qaralmağa səbəb olur. Belə bir vəziyyətdən şübhələndikdə və ya vəziyyətin başladığını anladıqda dərhal mütəxəssisə müraciət edilməlidir”.

Xəbər lenti