“Meta” təhlükəsizliklə bağlı xəbərdarlıq edib.
“Facebook” hesabı ilə giriş edilmiş 400 təhlükəli proqram aşkarlanıb.
Şirkətin yaydığı məlumata görə, “Facebook” hesabı ilə giriş edilmiş 400 mobil tətbiqin zərərli proqramlar arasında olduğu müəyyən edilib. Şirkət həm “Android”, həm də “Ios” istifadəçiləri üçün bəzi tövsiyələr paylaşıb. Bir milyona yaxın istifadəçinin sözügedən tətbiqləri yüklədiyi düşünülür.
“Facebook”un çətir şirkəti olan “Meta” tərəfindən paylaşılan yeni bloq yazısında “Android” və “iOS” istifadəçilərinə təsir edən “bug” müzakirə edilib. “Meta” rəsmiləri istifadəçilərin şəxsi məlumatlarının kopyalanmış ola biləcəyini bildiriblər.
“Meta” tərəfindən aşkarlanan proqramlar fotoşəkillərin redaktəsindən tutmuş oyuna qədər geniş kateqoriyaları əhatə edir. “Meta”nın Təhlükəsizlik Meneceri David Aqranoviç və Zərərli Proqram Mühəndisi Rayan Viktoriyanın sözlərinə görə, ən böyük boşluq 42 faizlə foto redaktə proqramlarında olub.
Zərərli proqramların “Google Play Store” və “App Store”a yayıldığını söyləmək mümkündür. Lakin tətbiqlərin 355-nin “Android”də, 45-nin isə “iOS”da olduğunu nəzərə alsaq, “Google”un təhlükəsizlik bölməsində daha çox boşluq olduğunu görürük./lent.az