"Telegram" mesajlaşma proqramının yaradıcısı Pavel Durov insanları telefonlarının sındırılmasının qarşısını almaq üçün "WhatsApp"dan başqa "istənilən mesajlaşma proqramı"ından istifadə etməyə çağırıb.
Durov keçən həftə "WhatsApp"ın açıqladığı təhlükəsizlik probleminə istinad edərək “Hakerlər “WhatsApp” istifadəçilərinin telefonlarında olan hər şeyə tam giriş əldə edə bilərlər” - deyə insanlara məlumat verib.
“Hər il biz "WhatsApp"da istifadəçilərinin cihazlarında hər şeyi riskə atan problem haqqında eşidirik. Dünyanın ən zəngin insanı olmağınızın fərqi yoxdur. Telefonunuzda WhatsApp quraşdırılıbsa, bütün məlumatlarınız cihazınızda olan hər bir proqram üçün əlçatandır.”/Sfera.az