Xəzər Xəbər

“WhatsApp”da bunları necə silmək olar? YENİLİK

Texnologiya | 09:18 • 5 Oktyabr 2022
“WhatsApp”da bunları necə silmək olar?

Fotolar, videolar, sənədlər və müxtəlif proqramlar telefonlarımızda kifayət qədər yer tutur. Zamanla bu, böyük problemə çevrilə bilər. İstifadə etmədiyimiz proqramları və ya artıq ehtiyac duymadığımız şəkilləri silmək bizə müəyyən miqdarda yaddaşa qənaət etsə də, bunlar həmişə kifayət etmir. "WhatsApp" kimi proqramların ehtiyat nüsxələri də cihazın yaddaşının çox hissəsini tuta bilər.

Xüsusilə ehtiyat nüsxələrə təkcə söhbətlər deyil, həm də media əlavə edilərsə, bu fayllar telefonunuzda çox yer tuta bilər. Artıq bulud xidmətlərində saxlanılan bu ehtiyat nüsxələrin telefonunuzda da yer tutmasını istəmirsinizsə, sadəcə olaraq bu faylları silə bilərsiniz.

Android cihazlarında "WhatsApp" ehtiyat nüsxələrini silmək üçün əvvəlcə "Fayl meneceri"ndən istifadə etməlisiniz. Fayl menecerindən artıq telefonlarda istifadə etmək mümkündür və ya bu əməliyyatı 3-cü tərəf proqramları vasitəsilə həyata keçirmək olar. Ads by 0 Reklamınızı SmartBee ilə effektiv edin. Ads by 5 Reklamınızı SmartBee ilə effektiv edin.

Bunun üçün aşağıdakı ardıcıllığı yerinə yetirmək lazımdır:

1. "iPhone" parametrlərinə keçin

2. "Apple ID" üzərinə klikləyin

3. "iCloud" seçin

4. Bu bölmədə "Yaddaşın İdarə Edilməsi" bölməsinə daxil olun

5. "WhatsApp" ehtiyat nüsxələrini tapın

6. "Məlumatları Sil" üzərinə klikləyin

Mənbə: lent.az

Xəbər lenti