iOS 10 və 11 ilə işləyən iPhone sahibləri qadcetini yeniləməsələr, tezliklə messencerdən istifadə edə bilməyəcəklər.
XəzərXəbər xarici mediaya istinadla bildirir ki, “WhatsApp”ın işində dəyişiklik olması barədə “WABetaInfo” portalının istifadəçiləri məlumat verib. Onlar smartfonlarını iOS-un köhnə versiyası ilə yeniləmələri barədə xəbərdarlıq mesajı alıblar. İki modelin sahibləri bu xəbərdarlığa ən çox diqqət yetirməlidirlər:
• iPhone 5;
• iPhone 5C.
“WhatsApp” ilə işləyəcək iOS versiyasına yüksəltmək istəsəniz belə, bu smartfonların sahibləri bunu edə bilməyəcək. Yalnız bir çıxış yolu var: qadcetı daha müasir birinə dəyişdirmək.
Fərqli bir iPhone modeliniz varsa, lakin eyni zamanda qadcetınızı illərdir yeniləməmisinizsə, yəni iOS 10 və 11 dövründə "ilişib" qalıbsa, o zaman sakit nəfəs ala bilərsiniz: smartfonunuzu dəyişdəirməməlisiniz.
Siz sadəcə "Parametrlər" - > "Ümumi" - > "Proqram təminatı yeniləməsi" bölməsinə keçib iOS 12 və ya əməliyyat sisteminin daha yeni versiyasını yükləməlisiniz. Hazırda iOS 16 ən sonuncu hesab olunur.
Siyahıda köhnəlmiş “iPhone”, “Samsung”, “Huawei”, “Sony”, LG, ZTE, “Alcatel”, “Lenovo” və digər markaların modelləri yer alıb. Messencerin saytında deyilir ki, OS 4.1 və daha yeni versiyalarla işləyən “Android” cihazlarından, iOS 12 və daha yeni versiyalarla işləyən “iPhone”lardan, KaiOS 2.5.0 və daha yeni versiyalarla işləyən cihazlardan istifadə etmək tövsiyə olunur.