“Jesko Absolut” 2022-ci ildə dünyanın ən sürətli avtomobili hesab edilir. Lakin onun maksimal sürəti hələlik nəzəri və kompüter hesablamalarına əsaslanır.
Xezerxeber.az xarici saytlara istinadla xəbər verir ki, 1600 at gücündə və dəyəri 2,8 milyon dollar olan avtomobil iki turbomühərrikli V8 mühərriki ilə təchiz edilib. İsveçin əfsanəvi avtomobil istehsalçısı “Koenigsegg” onu quruda yerləşən “raket gəmisi" adlandırır.
Şirkətin hədəfi 499 km/saat idi, lakin ultra sürüşkən, aşağı sürtünmə qabiliyyətinə malik gövdə sayəsində avtomobil daha sürətlə (531 km/saata qədər) gedəcək. Əsas problem belə sürətlə işləyə bilən təkərlərin tapılmasıdır.