Koreya Xalq Demokratik Respublikası Yapon dənizi istiqamətində yaxın mənzilli raket buraxıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya hərbçilərinə istinadla məlumat yayıb. Raketin Şimali Pyonqan vilayətindən yerli vaxtla səhər saat 6:53-də buraxıldığı və təxminən 600 kilometr uçduğu bildirilir. Cənubi Koreya və ABŞ kəşfiyyat qurumları KXDR-in raket buraxılışının detallarının öyrənilməsinə çalışır.
Qeyd edək ki, KXDR ilin əvvəlindən bəri bir neçə dəfə ballistik və hipersəsli raket buraxışı həyata keçirib. İndiki raket buraxılışı isə ABŞ-nin vitse-prezidenti Kamala Harrisin Seula planlaşdırılan səfəri, habelə Cənubi Koreya və ABŞ hərbçilərinin Şərq dənizində növbəti hərbi təlimlərin ərəfəsinə təsadüf edir.