Samsung 2023-cü ildə öz cihazlarına peyk qoşulmasını təqdim edəcək.
XəzərXəbər bu barədə "SamMobile"a istinadən xəbər verir.
Bu texnologiya 2023-cü ilin əvvəlində buraxılması planlaşdırılan "Galaxy S23" seriyasının cihazları tərəfindən dəstəklənəcək.
Bununla belə, "Samsung"un öz standartını hazırlayacağı və ya "Google" texnologiyalarından istifadə edəcəyi dəqiqləşdirilməyib. /Report